08 may 2019, 18:25

Seyidağa Əzizovdan, Saatlı, Azərbaycan

Möhtərəm cənab Prezident.

Əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması üçün bu ilin əvvəlində imzaladığınız fərman və sərəncamlar Azərbaycan xalqının ürəyincə oldu. Sosial müavinətlərin, əmək haqlarının, pensiyaların, Prezident təqaüdlərinin məbləğinin artırılması milyonlarla insanın büdcəsinə çox müsbət təsir göstərib. Problemli kreditlərin həlli ilə bağlı Fərmanınız minlərlə ailəyə sevinc bəxş etdi. Yüz minlərlə insan, o cümlədən mən bu Fərmandan yararlandım. Ötən həftə mənə kompensasiya ödənildi.

Cənab Prezident, ölkə vətəndaşlarına göstərdiyiniz diqqət və qayğıya görə Sizə dərin minnətdarlığımı bildirirəm.

Hörmətlə,

Əzizov Seyidağa Miri oğlu.

Azərbaycan Respublikası, Saatlı rayonu.