08 may 2019, 14:30

Qəşəm Bəndəliyevdən, Qobustan, Azərbaycan

Hörmətli cənab Prezident.

Sizin rayonumuza hər səfəriniz bizə yeniliklər bəxş edir. Mayın 7-də reallaşan növbəti səfəriniz zamanı Siz avtomobil yolunun, xalça emalatxnasının, rayon mərkəzi xəstəxanasının açılışını etdiniz. Bütün bunlar Qobustanın sosial-iqtisadi inkişafına çox mühüm töhfələrdir.

Öz doğma yurdunu, el-obasını abad və firavan görmək hər kəsin arzusudur. Bizi bu arzulara çatdırdığınız üçün Sizə minnətdarıq, cənab Prezident!

Hər gəlişinizdə bizə bəxş etdiyiniz yeniliklərə görə Sizə “Qədəmləriniz mübarək olsun!” deyirik.

Hörmətlə,

Bəndəliyev Qəşəm Bilal oğlu.

Azərbaycan Respublikası, Qobustan rayonu, Bədəlli kəndi.