Nurlan Məmmədovdan, Cəlilabad, Azərbaycan
Hörmətli cənab Prezident.
Bu bir həqiqətdir ki, hər bir ölkənin beynəlxalq imici, rifahı, onun vətəndaşlarının normal və rahat yaşayışı həmin ölkənin iqtisadi inkişaf səviyyəsindən asılıdır. Respublikamıza rəhbərliyə başlayandan bəri - 2003-cü ildən Siz bizim sevinc çırağımız olmusunuz. Sosialyönümlü layihələr, xalqımızın rifahına xidmət edən müxtəlif proqramlar bizi hər zaman ruhlandırmışdır. 2019-cu il elə ilk aylardan 10 milyonluq Azərbaycan xalqı üçün ardı-arası kəsilməyən xoş xəbərlərlə zəngin oldu. Problemli kreditlərin həlli, əlillərin sosial müavinətlərinin, Qarabağ müharibəsi əlillərinin təqaüdlərinin artırılması, müharibə veteranları üçün Prezident təqaüdünün təsisi edilməsi hər birimizi sevindirdi.
Ölkəmizin hər yerində olduğu kimi, doğma Cəlilabadımız da gündən-günə inkişaf edir, abadlıq-quruculuq işləri həyata keçirilir.
Möhtərəm Prezident, həqiqətən də Siz hər bir azərbaycanlının Prezidentisiniz. Yaşadığım binanın sakinləri adından Sizə uğurlar arzulayıram. Tanrı Sizi qorusun!
Hörmətlə,
Məmmədov Nurlan Sabir oğlu
Azərbaycan Respublikası, Cəlilabad rayonu.