06 may 2019, 12:10
Günel Ömərovadan, Bakı, Azərbaycan
Hörmətli cənab Prezident.
İlk növbədə, vətəndaşlara və onların müraciətlərinə göstərilən diqqətə görə Sizə minnətdarlığımı bildirirəm. Mən Sizə sosial müavinətlə bağlı məktub ünvanlamışdım. Məktubuma tezliklə əsaslandırılmış cavab aldım.
Həmçinin qeyd etmək istəyirəm ki, şəhid ailələrinə birdəfəlik ödəmənin verilməsi Sizin bu kateqoriyadan olan insanlara qayğınızın və həssas münasibətinizin nəticəsidir. Mənim əmim şəhid olmuşdur. Buna görə nənəmə şəhid ailəsi kimi 11 min manat birdəfəlik ödəmə verilmişdir. Bir vətəndaş olaraq Sizi daim dəstəkləyirəm. Xalqın rifahı naminə atdığınız addımlar üçün bir daha Sizə təşəkkür edir, “çox sağ olun!” deyirəm.
Hörmətlə,
Ömərova Günel Əjdər qızı
Azərbaycan Respublikası, Bakı şəhəri, Nizami rayonu.