04 may 2019, 15:00

Əşrəf Qəhrəmanovdan, Quba, Azərbaycan

Hörmətli cənab Prezident.

Quba rayonunda çaylar üzərində salınan yeni böyük körpülər bizim Qonaqkənd qəsəbəsi də daxil olmaqla, bir çox yaşayış məntəqəsinin sakinlərinin həm bir-birinə, həm də rayon mərkəzinə gediş-gəlişi ilə bağlı narahatlığını aradan qaldırıb.

Sizin qayğınız və diqqətiniz sayəsində ərsəyə gələn bu əhəmiyyətli işlərə heyran qalmamaq mümkün deyil. Yol-nəqliyyat infrastrukturunun yaxşılaşdırılması kənd və qəsəbələrimizin, ümumilikdə isə rayonumuzun sosial-iqtisadi inkişafında öz əvəzsiz rolunu oynamaqdadır.

Cənab Prezident, yeni körpülərin salınmasına görə kənd camaatı adından Sizə təşəkkürümüzü və minnətdarlığımızı bildirir, uzun ömür, cansağlığı arzulayıram.

Dərin hörmətlə,

Qəhrəmanov Əşrəf Qəni oğlu.

Azərbaycan Respublikası, Quba rayonu, Qonaqkənd qəsəbəsi.