04 may 2019, 13:55
Əskər Zeynalov və Rəfiqə Qəhrəmanovadan, Astara, Azərbaycan
Hörmətli cənab Prezident.
Sizin tapşırığınızla əhalinin təbii qazdan istifadə limitinin artırılmasına görə kənd sakinləri adından Sizə dərin təşəkkürümüzü bildiririk.
Biz bunu cari ilin əvvəlindən başlanan yeni sosial islahatların bir hissəsi hesab edirik. Xüsusilə qeyd etmək istəyirəm ki, fərdi evlərdə yaşayan insanlar üçün əvvəlki limit bir qədər narahatlıq doğururdu. İnanırıq ki, yeni limit bu narahatlığı aradan qaldıracaq.
Möhtərəm cənab Prezident, insanlara qayğıkeş münasibət bəslədiyinizə görə Sizə bir daha təşəkkür edir, daim firavan həyat arzulayırıq.
Hörmətlə,
Zeynalov Əskər Miri oğlu Qəhrəmanova Rəfiqə Musa qızı.
Azərbaycan Respublikası, Astara rayonu, Şiyəkəran kəndi.