03 may 2019, 17:10

Səlimə Hacıyevadan, Xaçmaz, Azərbaycan

Əziz Prezidentimiz.

Mayın 4-ü Xaçmaz rayonunun tarixinin ən əlamətdar günlərindən biridir. Ötən il həmin gün rayonumuza növbəti səfəriniz zamanı Siz Xaçmaz xalçaçılığında yeni və parlaq bir səhifə açdınız. “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Xaçmaz filialının açılışında iştirakınızla bütün xaçmazlı xalçaçıların sevincinə səbəb oldunuz. 5 may - “Xalçaçı günü” peşə bayramı ərəfəsində baş vermiş bu hadisə bizim bayramımıza əlavə rəng qatdı. Həmin vaxtdan bir il ötür. Qürurla deyə bilərik ki, filialımız “Azərxalça” ASC-nin respublikamızda fəaliyyət göstərən xalça emalatxanalarının qabaqcıllarından birinə çevrilib. Burada böyük və nümunəvi xalçaçı kollektivi fəaliyyət göstərir.

Yaradılan şərait xalçaçıların rahat işləmələrinə, gözəl və keyfiyyətli xalçalar toxumalarına imkan verir. Kollektivimiz gündən-günə böyüyür. Burada müxtəlif yaşlı xanımlar çalışırlar. Xüsusilə gənclərin bu sənətə marağı sonsuzdur. Filialımız Xaçmaz rayonunun fəxridir, burada yaşayan zəhmətkeş Azərbaycan xalçaçılarının müqəddəs məkanıdır.

Bütün bunlara görə Sizə çox minnətdarıq, əziz Prezidentimiz!

Dərin hörmətlə,

Hacıyeva Səlimə Qüdrət qızı.

Azərbaycan Respublikası, Xaçmaz rayonu, Qaradağ Buduq kəndi.