03 may 2019, 14:10
Kəmaləddin Məmmədlidən, Bakı, Azərbaycan
Möhtərəm cənab Prezident.
Sizin siyasi iradəniz sayəsində məcburi köçkünlərin hərtərəfli dövlət qayğısı ilə əhatə olunması bizi sevindirir. Bu qədər insanın mənzil-məişət şəraitinin yaxşılaşdırılması, vahid aylıq müavinətlə təmin edilməsi, onların digər problemlərinin həlli əlbəttə ki, çox böyük işlərdir.
Son dövrlərdə neçə-neçə yeni məcburi köçkün şəhərcikləri salınıb. Bunlardan biri də “Qopu park” yaşayış kompleksidir. Şuşa rayonundan məcburi köçkün ailəsi olaraq bu yaxınlarda həmin yaşayış kompleksində mənzillə təmin edilmişik.
Buna görə ailəmiz adından Sizə təşəkkürümüzü bildiririk.
Hörmətlə,
Məmmədli Kəmaləddin Məhəmmədəli oğlu.
Azərbaycan Respublikası, Bakı şəhəri, Qaradağ rayonu.