03 may 2019, 14:00
Aşur İsayevdən, Masallı, Azərbaycan
Hörmətli cənab Prezident.
Bu gün ölkəmizin bütün regionlarında geniş abadlıq-quruculuq işləri həyata keçirilir. Yollar asfaltlanır, küçələrdə işıqlandırma sistemləri quraşdırılır, yeni parklar, yaşıllıqlar salınır. Bu yaxınlarda verdiyiniz Sərəncama əsasən Masallı-Köhnə Alvadı-Təzə Alvadı-Güllütəpə-Əmirtürbə-Yeni Zuvand avtomobil yolu əsaslı şəkildə yenidən qurulur.
Möhtərəm cənab Prezident, rayonumuzun əhalisinə göstərdiyiniz diqqət və qayğıya görə kənd sakinləri adından Sizə dərin minnətdarlığımı bildiririk. Xalq Sizin işlərinizi yüksək qiymətləndirir və Sizə daim güvənir.
Hörmətlə,
İsayev Aşur Babulla oğlu.
Azərbaycan Respublikası, Masallı rayonu, Əmirtürbə kəndi.