03 may 2019, 12:30

Vüqar Cəfərovdan, Lerik, Azərbaycan

Əziz Prezidentimiz.

Ölkə vətəndaşlarının sosial rifah halının yaxşılaşdırılması üçün son aylarda verdiyiniz tapşırıqlar, imzaladığınız fərman və sərəncamlar bizim kimi aztəminatlı ailələri çox sevindirir. Sosial problemlərin həlli insanlarda xoş ovqat yaradır. Müraciətimizi nəzərə alaraq bir neçə gün əvvəl məni və həyat yoldaşımı münasib işlə təmin etdilər. Ailəmiz sevinc içərisindədir.

Cənab Prezident, bütün bunlara görə şəxsən öz adımdan və ailəm adından Sizə minnətdarlığımı bildirirəm. Allah Sizi bu xalqın başı üzərindən əskik etməsin!

Sizə və birinci xanım Mehriban Əliyevaya bundan sonra görəcəyiniz işlərdə uğurlar arzulayıram.

Hörmətlə,

Cəfərov Vüqar Davud oğlu.

Azərbaycan Respublikası, Lerik rayonu, Arta kəndi.