Rafiq Sarıyev və başqalarından, Gəncə, Azərbaycan
Hörmətli cənab Prezident.
Gəncə şəhərində aparılan abadlıq-quruculuq işlərinə, eləcə də yaşadığımız binaların əsaslı təmirinə görə Sizə öz dərin minnətdarlığımızı bildiririk.
Sizin Gəncəyə və gəncəlilərə göstərdiyiniz qayğı sayəsində şəhərimiz füsunkar görkəm almışdır. Bu gün Gəncəyə gələn hər bir kəs qədim Nizami yurduna heyran qalır.
İnsanların həyat şəraitinin yaxşılaşdırılması üçün görülən işləri də alqışlayırıq. Həm binaların əsaslı təmiri və abad məhəllələrin yaradılması, həm də sosial müdafiənin gücləndirilməsi bizi razı salmaya bilməz.
Əziz Prezidentimiz, Sizə bir daha təşəkkür edir, “çox sağ olun!” deyirik.
Hörmətlə,
Sarıyev Rafiq Alı oğlu,
Məmmədov Hüseyn Teymur oğlu,
Vəliyeva Vəsilə Məmməd qızı,
Qasımova Sara Qara qızı,
Quliyev Rizvan Alı oğlu və başqaları - cəmi 27 nəfər.
Azərbaycan Respublikası, Gəncə şəhəri.