02 may 2019, 17:05

Klara İsmayılovadan, Göygöl, Azərbaycan

Hörmətli cənab Prezident.

Mən Göygöl rayonunun Xanlar qəsəbəsində yaşayıram. Övladım yoxdur, tənha qadınam. Dövlətim tərəfindən lazımi sosial xidmətlərlə təmin olunmağım mənə tənhalığımı unutdurur. Bu xeyirxah əməllərə görə, ilk növbədə, Sizə təşəkkür etməyə borcluyam.

Sizi və Mehriban xanımı daim televizorda izləyirəm, atdığınız hər bir addımınızı dəstəkləyirəm. Biz qocaları, kimsəsizləri daim diqqət mərkəzində saxladığınız üçün, bizimlə bağlı tədbirlər gördüyünüz üçün Sizə “çox sağ olun!” deyirəm.

Cənab Prezident, mən Sizinlə fəxr edirəm. Allah Sizi qorusun!

Hörmətlə,

İsmayılova Klara Yusif qızı

Azərbaycan Respublikası, Göygöl rayonu, Xanlar qəsəbəsi.