02 may 2019, 16:55
Elşən Həbibovdan, Astara, Azərbaycan
Əziz Prezidentimiz.
Son aylarda Sizin sistemli və davamlı xarakter daşıyan sosial islahatlarınız hər bir Azərbaycan vətəndaşının sosial vəziyyətinin yaxşılaşdırılmasına xidmət edir. Sosial siyasət sahəsində növbəti humanist addımınız - tapşırığınız əsasında təbii qaz sərfiyyatına görə limitin 1700 kubmetrdən 2200 kubmetrə qədər artırılması bizi hədsiz dərəcədə sevindirdi.
Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində verdiyiniz fərman və sərəncamlara, tapşırıqlara görə Sizə minnətdarlığımızı bildiririk.
Uca Tanrıdan Sizə və ailənizə xoşbəxtlik arzulayırıq.
Hörmətlə,
Həbibov Elşən Məmməd oğlu
Azərbaycan Respublikası, Astara rayonu.