02 may 2019, 12:40

İlqar Orucov və başqalarından, Tərtər, Azərbaycan

Möhtərəm cənab Prezident.

Sakini olduğumuz Tərtər rayonunun Borsunlu kəndi cəbhə bölgəsində yerləşir. Dövlətimiz tərəfindən qaz, işıq, su problemimiz həll olunub, sosial təminatımız ildən-ilə yaxşılaşdırılır. Ancaq neçə illər idi ki, kəndimizin yolu pis vəziyyətdə idi. Nəqliyyatın hərəkətində çətinliklər yaranırdı, bəzən mənzil başına vaxtında yetişə bilmirdik. Sizin diqqətiniz sayəsində artıq bu problemimiz də həll olunmaq üzrədir. Sarov-Borsunlu yolunun əsaslı təmiri qəlbimizdə yeni fərəh hissi yaratdı.

Cənab Prezident, cəbhə bölgəsində yaşayan insanları diqqətdən kənarda qoymadığınıza görə kənd sakinləri adından Sizə öz minnətdarlığımızı bildiririk. Bu diqqət bizi daha da ruhlandırır, torpağa bağlılığımızı və düşmənlə mənəvi mübarizəmizi daha da gücləndirir.

Dərin hörmətlə,

Orucov İlqar,

Təmrazova Səba,

İbrahimov Elşad.

Azərbaycan Respublikası, Tərtər rayonu, Borsunlu kəndi.