Emin Əliyevdən, Biləsuvar, Azərbaycan
Möhtərəm cənab Prezident.
Əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması üçün bu ilin birinci rübü ərzində verdiyiniz fərman və sərəncamlar hər birimizi sevindirdi. Problemli kreditlərin həlli ilə bağlı Fərmanınız minlərlə ailəni çətinlikdən xilas etdi. Növbəti tapşırığınıza əsasən Tarif Şurasının aprelin 30-da keçirilmiş iclasında əhali qrupu üzrə təbii qazın aşağı tariflə illik istehlak həcminin 1700 kubmetrdən 2200 kubmetrədək artırılması Sizin sistemli sosial siyasətinizin növbəti bariz nümunəsidir. Bu, eyni zamanda, biz vətəndaşların ailə büdcəsinə Sizin tərəfinizdən göstərilən dəstəkdir.
Cənab Prezident, göstərdiyiniz diqqət və qayğıya görə Sizə minnətdarlığımı bildirirəm. Ömrünüz uzun olsun.
Hörmətlə,
Əliyev Emin Qabil oğlu.
Azərbaycan Respublikası, Biləsuvar rayonu.