01 may 2019, 16:00

Eytibar Şahmurovdan, Ağdam, Azərbaycan

Hörmətli cənab Prezident.

Müasir müstəqil Azərbaycan Respublikasının qazandığı misilsiz uğurlar hər bir vətənpərvər vətəndaşımız kimi, məni də sevindirir. Sosial məsələlərə xüsusi diqqət göstərilməsi, çətinliklə üzləşən insanların problemlərinə həssas münasibət bəslənilməsi çox təqdirəlayiqdir.

Biz Ağdamın Sarıcalı kəndində yaşayırıq. Məkrli düşmənlərimizin atəşi nəticəsində evimiz qəzalı vəziyyətə düşmüşdü. Sizin müvafiq Sərəncamınıza əsasən ayrılmış vəsait hesabına evimiz yüksək səviyyədə bərpa olunaraq ailəmə təhvil verildi.

Cənab Prezident, bizə göstərdiyiniz bu əvəzsiz köməyə görə ailəmiz adından Sizə dərin minnətdarlığımızı bildiririk.

Hörmətlə,

Şahmurov Eytibar Müseyib oğlu.

Azərbaycan Respublikası, Ağdam rayonu, Sarıcalı kəndi.