İbrahim Cəfərovdan, Gəncə, Azərbaycan
Möhtərəm cənab Prezident.
Sizin 2019-cu il 14 fevral tarixli Sərəncamınıza əsasən ali təhsil müəssisələrinin tələbələri üçün dövlət hesabına əlavə təqaüd yerlərinin ayrılması tələbə-gənclərimiz tərəfindən böyük məmnunluq hissi ilə qarşılanmışdır. Əlavə təqaüd yerlərindən 547-si Azərbaycan Dövlət Aqrar Universitetinə verilmişdir. Tələbələrin maddi rifah halının yüksəldilməsinə yönəlmiş bu Sərəncamınız milli təhsilimizə göstərdiyiniz davamlı diqqət və qayğının bariz nümunəsidir.
Universitetimizin professor-müəllim heyəti və tələbələri Sizin çoxşaxəli daxili və xarici siyasətinizi ürəkdən bəyənir və daim dəstəkləyir.
Cənab Prezident, Sizə möhkəm cansağlığı, uzun ömür, gündən-günə çiçəklənən Azərbaycanımızın daha da tərəqqisi naminə yeni-yeni uğurlar diləyirik.
Səmimiyyətlə,
İbrahim Cəfərov,
Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru
Azərbaycan Respublikası, Gəncə şəhəri.