Əlisahib Orucov və başqalarından, Salyan, Azərbaycan
Hörmətli cənab Prezident.
İqtisadiyyatın inkişafında mühüm rol oynayan yol-nəqliyyat infrastrukturunun yenidən qurulması istiqamətində görülən işlər ölkə vətəndaşlarında məmnunluq hissi yaradır. Salyan-Şirvan avtomobil yolu uzun illər intensiv istismar olunduğundan demək olar ki, sıradan çıxmışdı. Nəqliyyat vasitələri bu yolda çətinliklə hərəkət edirdi. Xəstələrin xəstəxanalara çatdırılmasında, kənd təsərrüfatı məhsullarının bazarlara çıxarılmasında, xüsusilə qış aylarında əhalinin gediş-gəlişində problemlərlə qarşılaşırdıq. Bu yolun yenidən qurulması işlərinə başlanılması və hazırda sürətlə davam etdirilməsi kənd sakinlərini sevindirdi.
Cənab Prezident, bu yolun tikintisinə görə Salyan rayon Parça Xələc və Seyidan kənd sakinləri adından Sizə öz dərin minnətdarlığımızı bildirir, gələcək işlərinizdə uğurlar arzulayırıq.
Hörmətlə,
Orucov Əlisahib Bibiqulu oğlu,
Abasov Seyidabbas Mirəli oğlu,
Şirinov İltifat Xankişi oğlu,
Sultanov İltifat Mehdi oğlu,
Bünyatov Səfalı Babakişi oğlu,
Kərimov Rafil Qədəmşah oğlu,
Soltanov Zeynal Həsən oğlu,
Əhmədov Şükran Sabir oğlu və başqaları - cəmi 50 nəfər.
Azərbaycan Respublikası, Salyan rayonu.