Rüfət Səfərovdan, Lənkəran, Azərbaycan
Çox hörmətli cənab Prezident.
Bu il yanvarın 29-da Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının yekunlarına həsr olunmuş konfransda qeyd etdiyiniz kimi, Azərbaycan sabitik və təhlükəsizlik məkanıdır. Azərbaycan xalqı rahat yaşayır, qurur, yaradır.
Hesab edirəm ki, hər bir vətənpərvər insan öz ölkəsi ilə, bugünkü Azərbaycan ilə haqlı olaraq fəxr edir. Siz, eyni zamanda, bildirirsiniz ki, bütün dövlət məmurlarının əsas vəzifəsi xalqa xidmət etməkdir. Bu fikirlər biz vətəndaşlarda dövlətə, dövlətçiliyə və övladlarımızın rahat, təhlükəsiz və firavan gələcəyinə olan ümidi daha da artırır.
Azərbaycan xalqının xilaskarı, müasir Azərbaycan dövlətinin qurucusu, ümummilli lider Heydər Əliyevin siyasi kursunu biz bütün dövrlərdə müdafiə etmişik.
Cənab Prezident, Sizin həyata keçirdiyiniz müdrik daxili və xarici siyasəti dəstəkləyirik. Azərbaycanda sabitlik və dayanıqlı inkişaf Ulu Öndərin siyasi kursuna sədaqətinizin və zəhmətinizin nəticəsidir.
Möhtərəm Prezident, vətəndaşlara göstərilən qayğı və diqqətə görə Sizə dərin minnətdarlığımı bildirirəm.
Allah çətin, şərəfli və məsuliyyətli fəaliyyətinizdə Sizə kömək olsun.
Hörmətlə,
Səfərov Rüfət Rəhman oğlu
Azərbaycan Respublikası, Lənkəran rayonu, Kərgəlan kəndi