Nərminə Yusiflidən, Şəki, Azərbaycan
Hörmətli cənab Prezident.
Sizin insan amilinə xüsusi diqqət yetirməyiniz və sosial məsələlərin həlli ilə əlaqədar mühüm tədbirlər görməyiniz bizi çox sevindirir. Azərbaycanın ən ucqar kəndlərində yaşayan insanlar belə Sizin qayğınızla əhatə olunublar. Bunu təqdir etməmək mümkün deyil.
Xüsusilə bildirmək istəyirəm ki, son zamanlar işsizlik probleminin minimuma endirilməsi, əhalinin məşğulluğunun təmin olunması istiqamətində atılan addımlar öz bəhrəsini verməkdədir. Mən də işsiz idim. Müraciətim əsasında uşaq bağçasında işlə təmin olunmuşam və işimdən razıyam.
Möhtərəm Prezident, ölkə vətəndaşlarına diqqət göstərdiyinizə, çətinə düşən insanlara hər zaman kömək əli uzatdığınıza görə Sizə minnətdarlığımı bildirir, uzun ömür, cansağlığı arzulayıram.
Hörmətlə,
Yusifli Nərminə Zahid qızı.
Azərbaycan Respublikası, Şəki rayonu, Kiş kəndi.