27 aprel 2019, 11:45

Cəmilə Səfərovadan, Gəncə, Azərbaycan

Əziz və hörmətli Prezident.

Mən, Cəmilə Səfərova Gəncə şəhərində yaşayıram, ikinci qrup əliləm. Övladım Səfərov Məmməd Nazim oğlu 2017-ci ildə məhkum edilmişdi. Aztəminatlı ailəmizin əsas qazanc mənbəyi oğlum olduğundan, onun məhkumluq həyatı yaşaması bizə həm mənəvi, həm də maddi zərbə idi. Yaşlı bir ana olaraq gözüm yolda qalmışdı. Nəhayət, bu il martın 16-da Siz intizarıma son qoydunuz və oğlumu vaxtından əvvəl azadlığa buraxaraq mənə qovuşdurdunuz.

Əziz Prezidentimiz, əfv sərəncamınızla övladıma azadlıq, mənə isə sevinc bəxş etdiyinizə görə Sizə və Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya təşəkkür edirəm. O sərəncama imza atan əlləriniz ağrı görməsin. Allah Sizi, ailənizi, nəvələrinizi qorusun.

Bu məktubu sevinc göz yaşları ilə yazdım və hər gün Sizə dua edəcəyəm.

Hörmətlə,

Səfərova Cəmilə

Azərbaycan Respublikası, Gəncə şəhəri.