Zöhrab Musayev və başqalarından, Ağcabədi, Azərbaycan
Hörmətli cənab Prezident.
Heç kimə sirr deyil ki, bu gün ölkəmizdə hökm sürən əmin-amanlığın, sabitliyin və dinamik inkişafın təməli ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuşdur. Biz çox sevinirik ki, Siz bu yolu uğurla davam etdirir, əmin-amanlığı və sabitliyi qoruyub saxlayır, Azərbaycanı daha da irəliyə aparırsınız.
Bu müsbət mənzərə Ağcabədi rayonunda da müşahidə olunur. Sizin gördüyünüz işlər el içində, ictimaiyyət arasında hər zaman təqdir edilir, yüksək qiymətləndirilir.
Buna görə də, Sizə minnətdarlığımızı bildirməyi özümüzə borc hesab edirik. Biz ağsaqqalların, ağbirçəklərin, valideynlərin ən böyük arzularından biri odur ki, bu sabitlik daim qorunub saxlanılsın. Çünki, sabitlik olan yerdə həm inkişaf var, həm də ki, övladlarımızın, nəvə-nəticələrimizin taleyindən arxayın oluruq.
Hörmətli cənab Prezident, Sizə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya bir daha dərin təşəkkürümüzü bildirir, cansağlığı arzu edirik.
Hörmətlə,
Musayev Zöhrab,
Quliyev Orxan,
Zeynalov Nicat,
Abbasova Rübabə,
Quliyeva Şəfiqə və başqaları – cəmi 46 nəfər.