Şamil Əbilovdan, Ağdam, Azərbaycan
Hörmətli cənab Prezident.
Sizin rəhbərliyinizlə ölkəmizdə aparılan abadlıq, quruculuq və yenidənqurma işləri respublikamızın hər yerində olduğu kimi, cəbhə xəttində yerləşən Ağdam rayonunda da uğurla davam etdirilir.
Sizin yürütdüyünüz uğurlu daxili və xarici siyasətin nəticəsidir ki, ölkəmiz gündən-günə inkişaf edir və beynəlxalq aləmdə sabit, yüksək iqtisadi göstəricilərə malik ölkə kimi tanınır. Ölkəmizin uğurları ürəyi Vətən eşqi ilə döyünən hər bir azərbaycanlı kimi, biz Qarabağ qazilərini də sevindirir. Qarabağ münaqişəsindən çox əziyyət çəkən və dəfələrlə düşmən təxribatına məruz qalan Ağdam rayonuna göstərdiyiniz diqqət hər kəsə məlumdur. Rayonumuza mütəmadi səfərləriniz, yeni infrastruktur layihələrinin icrası üçün sərəncam və tapşırıqlar verməyiniz, müxtəlif tipli müəssisələrin açılışlarında iştirak edərək yerli əhali ilə görüşlər keçirməyiniz Sizin Ağdama və ağdamlılara olan xoş münasibətinizin bariz nümunələridir.
Cənab Prezident, Sizin fəaliyyətinizin nəticəsidir ki, rayonumuzda avtomobil yolları yenidən qurulub, Muğam Mərkəzi, Qarabağ Atçılıq Kompleksi, xalçaçılıq müəssisəsi tikilib istifadəyə verilib. Düşmən təxribatı nəticəsində zərər çəkmiş fərdi yaşayış evlərinin bərpası, yeni məktəb binasının tikilməsi üçün verdiyiniz sərəncamlar bu gün uğurla icra olunur.
Bütün bunlara görə Qarabağ qaziləri adından Sizə dərin təşəkkürümüzü və minnətdarlığımızı bildiririk.
Hörmətlə,
Əbilov Şamil.
Azərbaycan Respublikası, Ağdam rayonu.