25 aprel 2019, 20:00

Xəlil Hüseynov və Xaləddin Eyyubovdan, Mingəçevir, Azərbaycan

Hörmətli cənab Prezident.

Respublikamızın bütün şəhər və rayonlarında genişmiqyaslı quruculuq və abadlıq işləri aparılır. Görülən işlər şəhər, qəsəbə və kəndlərimizin simasını daha da yaxşılaşdırır, baxımlı edir. Sizin göstəriş və tövsiyələrinizlə bu işlər zövqlə, günün tələblərinə uyğun olaraq aparılır.

Son vaxtlar Mingəçevirdə, eləcə də yaşadığımız 127-ci məhəllədə quruculuq və abadlıq işləri geniş vüsət alıb. Məhəllədaxili yollar asfaltlanır, yeni yaşıllıq sahələri yaradılır, ağaclar əkilir.

Görülən işlər şəhər sakinləri tərəfindən rəğbətlə qarşılanıb. Biz bilirik ki, bu işlər Sizin regionlara göstərdiyiniz xüsusi diqqətin nəticəsidir. Yüksək qayğınız sayəsində görülən bu işlərə görə Sizə dərin minnətdarlığımızı bildiririk.

Hörmətlə,

Hüseynov Xəlil

Eyyubov Xaləddin

Azərbaycan Respublikası, Mingəçevir şəhəri.