25 aprel 2019, 19:30
Ş.Mirzalıyevdən, Kürdəmir, Azərbaycan
Möhtərəm cənab Prezident.
İndi Azərbaycan böyük tikinti meydançasını xatırladır. Elə bir bölgə yoxdur ki, orada inkişaf getməsin. Xüsusən yeni yolların çəkilməsi, köhnə yolların bərpa edilməsi həm vətəndaşların rahatlığına xidmət edir, həm də sürətli inkişafa şərait yaradır. Siz daim çıxışlarınızda yol məsələsinə xüsusi diqqət yetirir və işlərinizlə bunu sübut edirsiniz.
Yaşadığım Şilyan kəndinin yolunun tikintisinə başlanılıb. Əminik ki, bu yol kəndimizin inkişafına xidmət edəcəkdir.
Kəndimizin sakinləri adından Sizə təşəkkür edir, gələcək işlərinizdə uğurlar arzulayıram.
Hörmətlə,
Mirzalıyev Ş.
Azərbaycan Respublikası, Kürdəmir rayonu, Şilyan kəndi.