23 aprel 2019, 13:05

Babək Taliyevdən, Sumqayıt, Azərbaycan

Hörmətli cənab Prezident.

Sizi Sumqayıtın Corat qəsəbəsindən salamlayıram. Bu ilin əvvəlində imzaladığınız sosialyönümlü fərman və sərəncamlar xalqa bağlı olduğunuzu, əhalinin qayğısına qaldığınızı, hər bir vətəndaşın probleminin həllinə çalışdığınızı bir daha göstərir. Tələbələrin, pensiyaçıların, müharibə veteranlarının, əlillərin və bir çox kateqoriyadan olan digər insanların sosial müavinətlərinin və təqaüdlərinin məbləğinin artırılması onların ailə büdcəsinə müsbət təsir edir. Kredit borcu olan vətəndaşlara kompensasiyanın ödənilməsinə də artıq başlanılıb.

Möhtərəm cənab Prezident, hər zaman xalqın yanında olduğunuz üçün Sizinlə fəxr edirik.

Hörmətlə,

Taliyev Babək Telman oğlu.

Azərbaycan Respublikası, Sumqayıt şəhəri, Corat qəsəbəsi.