19 aprel 2019, 16:00

Musa Bayramov və Ruslan İmanovdan, Ucar, Azərbaycan

Hörmətli cənab Prezident.

Biz martın 15-18-də "Ölkəmizi tanıyaq" tur-aksiyasında iştirak etmişik. Səfərimiz cənub bölgəsinə idi. Səfər zamanı biz Lənkəran, Astara və Masallının tarixi abidələri, sənaye müəssisələri, təbiəti və gəzməli-görməli yerləri ilə tanış olduq. Tur-aksiyanın gedişində özümüzə çoxlu dostlar qazandıq. Bu tur-aksiyada iştirak etdiyimizə, ölkəmizin cənub bölgəsində yerləşən rayonları daha yaxından tanıdığımıza, orada yaşayan insanlarla tanış olduğumuza görə özümüzü xoşbəxt sayırıq.

Cənab Prezident, bu sevinci bizə yaşatdığınıza görə Sizə dərin təşəkkürümüzü bildiririk. Biz şagirdlər Sizdən nümunə götürərək, Vətənimizi daha çox sevməyə, ölkəmizə layiqli vətəndaşlar kimi yetişməyə səy göstəririk.

Hörmətlə,

Bayramov Musa İlham oğlu İmanov Ruslan Natiq oğlu, XI sinif şagirdləri.

Azərbaycan Respublikası, Ucar rayonu.