18 aprel 2019, 12:45

Murad Mahmudov və başqalarından, Salyan, Azərbaycan

Hörmətli cənab Prezident.

Salyan-Şirvan avtomobil yolu uzun illər intensiv istismar olunduğundan köhnəlmişdi və nəqliyyat vasitələrinin hərəkətində problemlər yaranırdı. Xəstələrimizin Salyan və Şirvan şəhərlərində yerləşən xəstəxanalara çatdırılmasında çətinliklə qarşılaşırdıq. Hazırda həmin yol müasir standartlara cavab verən formada yenidən qurulur. Yolda təmir işləri sürətlə davam etdirilməkdədir. Ümidvarıq ki, işlər bu səviyyədə davam edərsə, yaxın günlərdə yol sakinlərin istifadəsinə veriləcəkdir.

Allah Sizi qorusun, cənab Prezidentimiz. Siz uzun illərdən bəri kənd sakinlərinin ürəyindəki arzunu bu gün reallığa çevirdiniz. Odur ki, dörd minə yaxın əhalisi olan Salyan rayonunun Kərimbəyli kənd sakinləri adından Sizə öz dərin minnətdarlığımızı bildirir və gələcək işlərinizdə Sizə və ailənizə uğurlar arzulayırıq.

Hörmətlə,

Mahmudov Murad Eldar oğlu,

Vəliyev Nizami Zabil oğlu,

Məmmədov Qurban Məmmədəli oğlu,

Həsənov Nəcəf Həsən oğlu,

Nağıyeva Sevinc Sədaqət qızı,

Tağıyev Vəfadar İlqar oğlu və başqaları – cəmi 35 nəfər

Azərbaycan Respublikası, Salyan rayonu, Kərimbəyli kəndi.