18 aprel 2019, 12:20

Zahid Paşayevdən, Xaçmaz, Azərbaycan

Çox hörmətli cənab Prezident.

Siz hər zaman vətəndaşların müraciətlərinə xüsusi diqqət yetirmisiniz. Xaçmaz rayonunun Hülövlü kəndində suvarma işlərində yaranmış problemin aradan qaldırılmasına kömək göstərilməsi ilə bağlı Sizə müraciət etmişdik. Müraciətdən sonra zəruri işlər görüldü, su kanalları lildən təmizləndi və problem həll olundu. Hazırda əkin sahələrimizi rahat şəkildə suvara bilirik.

Bizə edilən köməyə görə özüm başda olmaqla bütün Hülövlü kənd sakinləri adından Sizə sonsuz təşəkkürümü bildirir, cansağlığı, uzun ömür arzu edirəm. Sizin kimi Prezidentimiz olduğu üçün sevinirik.

Hörmətlə,

Paşayev Zahid İbrahim oğlu

Azərbaycan Respublikası, Xaçmaz rayonu, Hülövlü kəndi.