Nəsrəddin Teymurov və Təbrizə Rəsulovadan, Astara, Azərbaycan
Çox hörmətli cənab Prezident.
Respublikanın regionlarına, o cümlədən Astara rayonuna olan diqqət və qayğınıza görə Sizə minnətdarlığımızı bildiririk. Ölkəmiz və xalqımız üçün gördüyünüz məqsədyönlü tədbirləri nəzərə alaraq, biz hər zaman Sizi dəstəkləmişik və dəstəkləyəcəyik.
“Astara rayonunun Diqo, Dolu və Sekaşan kəndlərinin elektrik enerjisi ilə təchizatı haqqında” 2019-cu il 12 aprel tarixli Sərəncamınız ümumilikdə rayon sakinlərinə böyük sevinc bəxş etdi. Həmin kəndlərin sakinləri uzun illər idi ki, elektrik enerjisi ilə bağlı problemdən əziyyət çəkirdilər.
Əziz Prezidentimiz, bu Sərəncamınız tarixi əhəmiyyət daşıyır. Sizə bir daha minnətdarlığımızı bildirir, “Çox sağ olun!” deyirik. Tanrı Sizi qorusun.
Hörmətlə,
Teymurov Nəsrəddin Fərman oğlu
Rəsulova Təbrizə Hüseyn qızı.
Azərbaycan Respublikası, Astara rayonu, Kijəbə qəsəbəsi.