17 aprel 2019, 12:05

Ramil Quluyevdən, Ağdam, Azərbaycan

Hörmətli cənab Prezident.

Cəbhə bölgəsində yaşayan insanlar Sizi özlərinin ən böyük dayağı, köməyi bilirlər. Mütəmadi olaraq bölgələrə səfərlər etməyiniz, xalqın içində olmağınız respublikamızda ümumi ab-havaya çox müsbət təsir göstərir. Ağdam rayonunun cəbhəyanı kəndlərinin əhalisində də çox yüksək özünəinam hissi müşahidə olunur.

Vaxtilə düşmən atəşindən ciddi zərər çəkmiş evimiz Sizin göstərişiniz əsasında bərpa olunaraq ailəmizə təhvil verilib. Əlbəttə, bu, bizim üçün çox mühüm məsələdir. Odur ki, şəxsən öz adımdan və ailəmiz adından Sizə dərin minnətdarlığımı bildirirəm. Allah Sizi qorusun.

Hörmətlə,

Quluyev Ramil Rafiq oğlu.

Azərbaycan Respublikası, Ağdam rayonu, Kolqışlaq kəndi.