16 aprel 2019, 18:15

Güloğlan Əliyev və başqalarından, Salyan, Azərbaycan

Hörmətli cənab Prezident.

Siz müasir müstəqil Azərbaycan dövlətinə rəhbərlik etdiyiniz müddətdə böyük nailiyyətlər qazanmısınız. Sizin uğurlu daxili və xarici siyasətiniz nəticəsində Azərbaycan regionda ən inkişaf etmiş ölkəyə çevrilib, hətta dünyanın qabaqcıl dövlətləri ilə müqayisə edilə biləcək səviyyəyə yüksəlib. Sizin səyləriniz və yüksək idarəçilik bacarığınız sayəsində Azərbaycanda sabitlik, əmin-amanlıq bərqərar olub, əhalinin sosial rifah halı gündən-günə yaxşılaşır. Son aylarda imzaladığınız tarixi fərman və sərəncamlarınız da əhali üçün mühüm əhəmiyyət daşıyır. Bütün bu xeyirxah addımlarınıza görə xalq Sizi sevir, Sizə inanır və etibar edir.

Qüdrətli Azərbaycanın uğurlarının təməlini qoyan ümummilli liderimiz Heydər Əliyevin yolunu ləyaqətlə davam etdirən, Azərbaycanı işıqlı gələcəyə aparan İlham Heydər oğlu Əliyevə - Sizə uzun ömür, cansağlığı və gələcək işlərinizdə yeni-yeni uğurlar arzulayırıq.

Sakini olduğumuz Salyan rayonunun Xələc kəndinin avtomobil yolu bizi narahat edirdi. Çox sağ olun ki, Sizin diqqətiniz və köməyiniz sayəsində artıq bu yolun təmirinə başlanılıb. Belə bir dövrdə yaşadığımız üçün özümüzü xoşbəxt nəsil adlandıra bilərik.

Gördüyünüz xeyirxah və təqdirəlayiq işlərə görə Sizə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevaya həmişə minnətdarıq.

Xələc kənd sakinləri adından dərin hörmətlə,

Əliyev Güloğlan Allahyar oğlu

Cəbiyev Qabil Ağaqulu oğlu

Zeynalov Elçin Elxan oğlu

Xankişiyev Ramil Lazım oğlu

Abdullayev Əli Mirzə oğlu və başqaları (cəmi 17 nəfər).

Azərbaycan Respublikası, Salyan rayonu, Xələc kəndi.