Gülsüm Abışova və Səadət Qənbərovadan, Bakı, Azərbaycan
Hörmətli cənab Prezident.
Bakının Nizami rayonunda yerləşən "Diqlas" ticarət mərkəzində baş vermiş yanğın nəticəsində zərər görmüş şəxslərə böyük dəstəyinizə görə dərin təşəkkür hisslərimizi Sizinlə və xalqımızla paylaşmaqdan qürur duyuruq.
Yanğın hadisəsini dərhal şəxsi nəzarətinizə götürməyiniz, bununla bağlı müşavirə keçirərək lazımi tapşırıqlar verməyiniz, sahibkarlara maddi yardım göstərilməsi haqqında Sərəncam imzalamağınız çıxılmaz vəziyyətə düşmüş insanların yoluna sanki işıq saçdı, onlara böyük ümid verdi. Biz bu addımlarınızı çox yüksək qiymətləndiririk.
Əziz Prezidentimiz, hər zaman sahibkarlara dəstək olduğunuz üçün bütün sahibkarlar adından bir daha Sizə dərin minnətdarlığımızı bildiririk.
Hörmətlə,
Abışova Gülsüm
Qənbərova Səadət.
Azərbaycan Respublikası, Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi.