Zəfər Ağayevdən, Ucar, Azərbaycan
Möhtərəm cənab Prezident.
Mənim adım Zəfərdir. Ucar şəhər 2 nömrəli tam orta məktəbin 11-ci sinfində oxuyuram və dərs əlaçısıyam. Bu il məktəblilərin fənn olimpiadasında coğrafiya fənni üzrə zona mərhələsinə vəsiqə qazanmışam. Ümidvaram ki, respublika mərhələsində iştirak etmək hüququ qazanacağam. Mən kənddə sadə bir ailədə dünyaya göz açmışam. İndiyədək Ucardan başqa rayonlara yolum düşməmişdi. Düzdür, doğma Azərbaycanımızın bütün bölgələri haqqında coğrafiya fənnindən geniş və ətraflı məlumatlar öyrənmişəm. Amma atalar demişkən, “Yüz dəfə eşitməkdənsə, bir dəfə görmək yaxşıdır”.
Bu ilin martında “Ölkəmizi tanıyaq” tur-aksiyasında iştirak etmək mənə də nəsib oldu. Yurdumuzun cənub bölgəsi haqqında kitablardan öyrəndiklərimin, televizorda gördüklərimin canlı şahidi oldum.
Cənab Prezident, ümummilli liderimiz Heydər Əliyevin qurub yaratdığı müasir müstəqil Azərbaycanın nailiyyətləri, Sizin qətiyyət və iradənizlə gündən-günə abadlaşan şəhər və rayonlarımızın yeniləşən siması və bütövlükdə ölkəmiz barədə biz məktəblilərdə əyani təsəvvür yaratdığınız üçün Sizə minnətdaram. Çox sağ olun.
Hörmətlə,
Ağayev Zəfər Aqil oğlu.
Azərbaycan Respublikası, Ucar rayonu, Təzə Şilyan kəndi.