Məlik Məlikov və Vəli Eynullayevdən, Masallı, Azərbaycan
Hörmətli cənab Prezident.
Ölkəmizdə işsizliyin aradan qaldırılması, əhalinin sosial təminatının yaxşılaşdırılması istiqamətində görülən tədbirləri, imzaladığınız fərman və sərəncamları alqışlayırıq. Son vaxtlar respublikamızın hər yerində olduğu kimi, bizim Masallı rayonunda da yüzlərlə insan işlə təmin olunub. Qeyd etmək istəyirəm ki, bu prosesdə aztəminatlı ailələrin və şəhid ailələrinin üzvlərinə, Qarabağ müharibəsi veteranlarına xüsusi diqqət göstərilir.
Möhtərəm cənab Prezident, əhalinin sosial rifahının yaxşılaşmasına göstərdiyiniz qayğınıza görə müharibə veteranları və şəhid ailələri adından Sizə dərin təşəkkür etməyi özümüzə borc bilirik. Tanri Sizi qorusun.
Hörmətlə,
Məlikov Məlik Eynullayev Vəli
Azərbaycan Respublikası, Masallı rayonu.