Murad Kərimov və Aysel Eyvazovadan, Salyan, Azərbaycan
Möhtərəm cənab Prezident.
Biz Salyan rayonu Aşağı Kürkəndi kənd tam orta məktəbinin onuncu sinif şagirdləriyik. Bu il martın 23-26-da keçirilən “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyada iştirak etmişik. Quba, Qusar, Xaçmaz rayonlarında yerləşən tarixi abidələr, mədəniyyət nümunələri, həmçinin həyata keçirilən abadlıq-quruculuq işləri ilə tanış olduq. Bu yerlərin gözəlliklərini gördüyümüz üçün çox sevincliyik. Gördüklərimiz yaddaşımızda silinməz izlər buraxdı. Biz, eyni zamanda, başqa bölgələrdən olan şagirdlərlə dostluq əlaqələri qurmuşuq.
Əziz Prezidentimiz, bu tur-aksiya Sizin təşəbbüsünüz və tapşırığınızla keçirildiyi üçün ilk növbədə məhz Sizə minnətdarlığımızı çatdırırıq. Sağ olun, var olun, cənab Prezident!
Hörmətlə,
Kərimov Murad Yaşar oğlu
Eyvazova Aysel Vidadi qızı.
Azərbaycan Respublikası, Salyan rayonu, Aşağı Kürkəndi kəndi.