15 aprel 2019, 14:55

Adil Xəliqovdan, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident.

“Bizim həyət” layihəsinin icrası çərçivəsində bizim binamızda və onun həyətində təmir, abadlıq işlərinin aparılması ilə əlaqədar sakinlər adından Sizə və ailənizə təşəkkür edir, “Çox sağ olun!” deyirəm.

Biz görürük ki, övladlarınız da Sizin kimi öz xalqına can yandırır, xalqın mənafeyinə xidmət edən mühüm təşəbbüslər göstərirlər. “Bizim həyət” layihəsi də bunlardan biridir. Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən bu layihə çərçivəsində neçə-neçə həyət və məhəllə abadlaşdırılıb, həmin həyətlərdə insanlar, xüsusilə də uşaqlar və ahıllar üçün lazımi şərait yaradılıb.

Cənab Prezident, xalqın qeydinə qaldığınıza görə binamızın sakinləri adından bir daha Sizə və ailə üzvlərinizə minnətdarlığımı bildirirəm. Həyatınız hər zaman firavan olsun.

Hörmətlə,

Xəliqov Adil Maxis oğlu.

Azərbaycan Respublikası, Bakı şəhəri, Yasamal rayonu.