15 aprel 2019, 12:10

Təbriz Emanov və başqalarından, İsmayıllı, Azərbaycan

Çox hörmətli cənab Prezident,

Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan müasir Azərbaycanımız Sizin uzaqgörən siyasətiniz və bacarıqlı idarəetməniz sayəsində gündən-günə inkişaf edir. İnsanların rifah halının və sosial vəziyyətinin yaxşılaşdırılması üçün verdiyiniz mühüm fərman və sərəncamlar biz Qalacıq kəndinin camaatını da ürəkdən sevindirir.

Cənab Prezident, Novruz bayramı günlərində böyük sevinc içərisində kəndimizə təbii qazın verilməsinin açılışını qeyd edərkən, daha iki şad xəbər eşitdik. Bunlardan biri kəndimizə yeni və daha keyfiyyətli elektrik xəttinin çəkilməsi, digəri isə kəndimizin girişində çayın üzərindəki qəzalı körpünün əsaslı təmiri xəbəri idi. Biz şadıq ki, bu işlər artıq uğurla icra olunmaqdadır.

Möhtərəm cənab Prezident, biz qalacıqlılar göstərdiyiniz böyük diqqətə görə Sizə dərin minnətdarlığımızı bildiririk. Sizə cansağlığı, gələcək fəaliyyətinizdə yeni-yeni nailiyyətlər arzulayırıq.

Dərin hörmətlə,

Emanov Təbriz,

Cavadov Ziya,

Şirinov Sübhan,

İbrahimov Davud,

Babayev Əfqan və başqaları - cəmi 20 nəfər.

Azərbaycan Respublikası, İsmayıllı rayonu, Qalacıq kəndi.