13 aprel 2019, 13:35

Emil İbrahimzadədən, Bakı, Azərbaycan

Çox hörmətli cənab Prezident.

Əvvəla, ölkəmizin sürətli inkişafına görə Sizə təşəkkür edirəm. Bu inkişafın nəticəsini biz şagirdlər də görürük. Son illər ərzində dərs şəraitimizin yaxşılaşdırılması ilə yanaşı, orta məktəblərin yuxarı sinif şagirdləri üçün “Ölkəmizi tanıyaq” devizi ilə maarifləndirici tur-aksiyaların keçirilməsi bunu deməyə əsas verir. Bizim dünyagörüşümüzün artması və ölkəmizi daha yaxından tanımağımız məqsədilə həyata keçirilən bu layihəyə görə Sizə təşəkkür edirəm.

Mən tur-aksiyaya qatılaraq bu il martın 23-də Bakıdan Naxçıvan Muxtar Respublikasına yola düşdüm. Naxçıvanın qədim tarixi, mədəniyyəti və müasir inkişafı ilə tanış oldum. Bu səfər bir şagird, bir Azərbaycan vətəndaşı olaraq məndə çox xoş təəssürat yaratdı. Arzu edirəm ki, gələcəkdə bu tur-aksiyalar Qarabağımıza təşkil edilsin və şagirdlərimiz Vətənimizin ayrılmaz hissəsi olan bu bölgəmizin gözəllikləri, zəngin tarixi və mədəniyyəti ilə tanış olsunlar.

Hörmətlə,

İbrahimzadə Emil Mahir oğlu.

Azərbaycan Respublikası, Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi.