Ceyran Hacıyevadan, Göygöl, Azərbaycan
Hörmətli cənab Prezident.
Əhalinin rifahının yaxşılaşdırılması üçün görülən işləri vurğulamaq, təqdir etmək bizim vətəndaşlıq borcumuzdur. Sizin son bir neçə ayda imzaladığınız fərman və sərəncamlar sosialyönümlü olmaqla əhalinin mənafeyinə xidmət edir. Bu mühüm sənədlərdə əhalinin demək olar ki, bütün kateqoriyaları əhatə olunub.
Mən yaşa görə sosial müavinət alıram. Fevral ayında verdiyiniz Sərəncamla sosial müavinətimin məbləği artıb. Bu, məni çox sevindirir.
Əziz Prezidentimiz, öz ölkəsinə ləyaqətlə xidmət etmək, xalqa əl tutmaq böyük vətənpərvərlikdən və insaniyyətdən irəli gəlir. Biz Sizi və gördüyünüz işləri hər zaman uca tutmuşuq. Allah köməyiniz olsun.
Hörmətlə,
Hacıyeva Ceyran Şəmil qızı.
Azərbaycan Respublikası, Göygöl rayonu, Balçılı kəndi.