13 aprel 2019, 12:50

Çingiz Abdullayevdən, Bakı, Azərbaycan

Möhtərəm cənab Prezident.

Mənim fəaliyyətimi belə yüksək dəyərləndirdiyiniz üçün Sizə dərin təşəkkürümü bildirirəm.

Yazıçı yazır, çünki yazmadan yaşaya bilməz. Mən ölkəm üçün, xalqım üçün nəsə edə bilirəmsə, Xalq yazıçısı kimi yüksək adı doğruldaraq bunu etməyə çalışıram. Bundan sonra da doğma Azərbaycanın rifahı naminə yaşayıb yaradacağıma söz verirəm. Bir daha Sizə dərin təşəkkürümü bildirirəm.

Ehtiramla,

Abdullayev Çingiz, Xalq yazıçısı, Yazıçılar Birliyinin katibi.

Azərbaycan Respublikası, Bakı şəhəri.