12 aprel 2019, 17:40

Hacı Əzizov və Ayna Babaşovadan, Salyan, Azərbaycan

Hörmətli cənab Prezident İlham Əliyev.

Sizin tapşırığınıza əsasən təşkil olunan "Ölkəmizi tanıyaq" maarifləndirici tur-aksiyası çərçivəsində bu il martın 23-26-da Salyan məktəblilərinin Quba, Qusar, Xaçmaz rayonlarına səfərində biz də iştirak etdik. Səfər zamanı ölkəmizin tarixi məkanları, mədəniyyət nümunələri, səfalı yerləri ilə tanış olmaqla yanaşı, özümüzə çoxlu dostlar qazandıq. Belə layihələrin bizim dünyagörüşümüzün artmasında və biliklərimizin zənginləşməsində böyük əhəmiyyəti var.

Cənab Prezident, gənclərə göstərdiyiniz diqqət və qayğıya görə Sizə minnətdarlığımızı bildiririk. İnanırıq ki, gənclərin daha intellektual böyüməsi və inkişaf etməsi ölkəmizin uğurlarını daha da artıracaqdır.

Hörmətlə,

Əzizov Hacı Mais oğlu

Babaşova Ayna Yaşar qızı.

Azərbaycan Respublikası, Salyan rayonu, Sarvan kəndi.