12 aprel 2019, 13:00

Həmzəxan Məhərrəmovdan, Cəlilabad, Azərbaycan

Möhtərəm cənab Prezident.

Sizin rəhbərliyinizlə ölkəmizdə həyata keçirilən sosial-iqtisadi islahatların nəticələri Azərbaycanın bugünkü mənzərəsində özünü qabarıq şəkildə göstərməkdədir. Fermerlərə subsidiyaların verilməsi, gübrələrin və texnikanın güzəştli şərtlərlə satışı, suvarma probleminin həlli üçün su anbarlarının tikilməsi, subartezian quyularının qazılması, kanalların çəkilməsi, yeni torpaq sahələrinin dövriyyəyə cəlb edilməsi son nəticədə kənd təsərrüfatının inkişafına böyük təkan verib. Sizin aqrar sahədə müəyyənləşdirdiyiniz strategiyanın gələcəkdə daha səmərəli nəticələr verəcəyinə əminik.

Sosial sahədə görülən işlər, atılan məqsədyönlü addımlar xalqın rifah halının yüksəlməsinə, insanların problemlərinin həllinə zəmin yaradıb. Biz fermerlər bütün bu işləri alqışlayırıq.

Vətənimiz Azərbaycanın davamlı inkişafının təmin olunmasına, dövlətimizin gündən-günə daha sivil metodlarla və qanunlarla idarə edilməsinə görə kəndimizin sakinləri, xüsusilə fermerləri adından Sizə minnətdarlığımı bildirirəm.

Hörmətlə,

Məhərrəmov Həmzəxan Süleyman oğlu, şəhid atası.

Azərbaycan Respublikası, Cəlilabad rayonu, Maşlıq kəndi.