Kənan Abdiyevdən, Bakı, Azərbaycan
Möhtərəm cənab Prezident.
Sizin məqsədyönlü tədbirləriniz, xalqın rifahının yaxşılaşmasına və ölkəmizin inkişafına yönəldilmiş dərin məzmunlu islahatlarınız hər bir Azərbaycan vətəndaşının qəlbində qürur hissi oyadır.
Artıq altıncı ildir ki, Sizin təşəbbüsünüzlə Azərbaycanın orta ümumtəhsil məktəblərinin 9-11-ci sinif şagirdləri üçün ”Ölkəmizi tanıyaq” devizi altında maarifləndirici tur-aksiyalar təşkil olunur. Bu tur-aksiyalar Azərbaycanın müxtəlif bölgələrinin tarixi, maddi-mənəvi irsi, ölkəmizin nailiyyətləri ilə yaxından tanış olmaq baxımından böyük əhəmiyyət daşıyır.
Mən də tur-aksiyada iştirak edərək Azərbaycanımızın ən dilbər guşələrindən olan Naxçıvan Muxtar Respublikasının gündən-günə inkişaf edən siması ilə tanış oldum. Sizin rəhbərliyiniz altında bütün ölkəmizdə, eləcə də Naxçıvanda aparılan genişmiqyaslı quruculuq işləri, buranın zəngin tarixi haqqında yeni məlumatlar əldə etdim.
Cənab Prezident, Sizə cansağlığı və fəaliyyətinizdə yeni-yeni uğurlar arzu edirəm. Ulu Tanrı Sizi qorusun.
Hörmətlə,
Abdiyev Kənan Emin oğlu,
10-cu sinif şagirdi.
Azərbaycan Respublikası, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi.