Fərhad Hacıyevdən, Bakı, Azərbaycan
Möhtərəm cənab Prezident.
Sizin xalqımıza olan diqqətinizi yaxından izləyir və alqışlayıram. Sevinirəm ki, ümummilli liderimiz Heydər Əliyevin azərbaycançılıq ideologiyası uğurla davam etdirilir. Ölkəmiz bir sıra sahələrdə ciddi nailiyyətlər qazanmışdır. Sosial-iqtisadi sahədə qeydə alınan sürətli inkişaf demoqrafik vəziyyətə də öz müsbət təsirini göstərməkdədir.
Bir vətəndaş olaraq, 10 milyonuncu azərbaycanlının dünyaya gəlməsindən qürur hissi keçirirəm. Sizin Mehriban xanım ilə birlikdə uşağın doğulduğu səhiyyə ocağına getməyiniz, onun valideynləri ilə görüşüb səmimi söhbət etməyiniz, dövlət tərəfindən bu ailəyə mənzil verilməsi və hesablarına vəsait köçürülməsi Azərbaycan vətəndaşına olan yüksək qayğını bir daha tərənnüm etdirir.
On milyonuncu vətəndaşımızın dünyaya gəlməsi münasibətilə Sizi və bütün xalqımızı təbrik edirəm.
Xalqımıza göstərdiyiniz diqqət və qayğıya görə bir daha Sizə dərin minnətdarlığımı bildirirəm, cənab Prezident.
Hörmətlə,
Hacıyev Fərhad Kamil oğlu
Azərbaycan Respublikası, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi.