Səbirə Rzayevadan, Ucar, Azərbaycan
Əziz Prezidentimiz.
Ölkəmizdə gördüyünüz işlər hər birimizin ürəyincədir. Sizin komandanlığınızla Cocuq Mərcanlının azad edilməsi, orada müasir qəsəbənin salınması qəlbində Vətən eşqi ilə döyünən hər bir azərbaycanlının Sizə olan inamını daha da artırdı.
Sizin müdrik siyasətiniz sayəsində ölkəmizin gəlirləri insan kapitalına çevrilir, savadlı, təhsilli, bilikli, dünyagörüşlü gənclərimiz formalaşır. Sizin tapşırığınız əsasında keçirilən “Ölkəmizi tanıyaq” tur-aksiyasında mənim övladım da iştirak edib. Bu layihədən övladımın da yararlanması mənim üçün qürurvericidir. Həmçinin Sizin diqqət və qayğınızı daim görmək, duymaq biz vətəndaşlar üçün əvəzolunmaz bir hissdir. Gənclərimizin inkişafında, dünyagörüşünün formalaşmasında, onların ölkəmizin ayrı-ayrı bölgələrinin adət-ənənlərini öyrənməsində, milli-mədəni abidələrini tanımasında, milli-mənəvi dəyərlərimizə sahib çıxmasında bu cür tədbirlərin böyük əhəmiyyəti var.
Möhtərəm Prezident, buna görə Sizə sonsuz təşəkkürümü bildirirəm.
Hörmətlə,
Rzayeva Səbirə Abduxaliq qızı.
Azərbaycan Respublikası, Ucar rayonu, Xələc kəndi.