İlkin Əsədov və Nərminə Kazımovadan, Salyan, Azərbaycan
Hörmətli cənab Prezident.
Hər bir gənc vətəndaşın öz ölkəsinin tarixi yerlərini, füsunkar təbiət gözəlliklərini görüb onlar haqqında məlumat əldə etməsi üçün Sizin təşəbbüslə həyata keçirilən “Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində biz Quba, Qusar və Xaçmaz rayonlarında olduq. Dilbər guşələrimizə səyahət bizə zəngin təəssürat, xoş əhval-ruhiyyə bəxş etdi.
Biz, həmçinin Quba şəhərində Soyqırımı Memorial Kompleksini ziyarət etdik. Erməni quldurları tərəfindən xalqımıza qarşı törədilmiş vəhşilik barədə ətraflı məlumata yiyələndik.
Möhtərəm Prezident, biz gənclərə bu şəraiti yaratdığınıza görə Sizə təşəkkürümüzü bildiririk. Allah Sizə və ailə üzvlərinizə hər zaman xoş günlər qismət etsin.
Hörmətlə,
Əsədov İlkin Rafət oğlu
Kazımova Nərminə Faiq qızı.
Azərbaycan Respublikası, Salyan rayonu.