10 aprel 2019, 12:55

Aysel Əzizova və Fidan Hüseynzadədən, Salyan, Azərbaycan

Hörmətli cənab Prezident.

Biz Salyan şəhəri 2 saylı tam orta məktəbin şagirdləri Əzizova Aysel Rafael qızı və Hüseynzadə Fidan Kamaləddin qızı Sizin təşəbbüsünüzlə reallaşdırılan “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiya çərçivəsində Quba-Qusar-Xaçmaz bölgəsində dörd günlük gəzintidə iştirak etdik. Tur-aksiyada iştirak edən bütün Salyan məktəbliləri kimi biz də bu ekskursiyadan çox razı qaldıq. Azərbaycanın dilbər guşələrini qarış-qarış gəzdik. O bölgənin tarixi, mədəniyyəti, mətbəxi ilə yaxından tanış olduq. Bölgələrimizin müasir inkişaf səviyyəsi bizi valeh etdi. Şahdağa olan gəzintimiz bizi o yerlərə heyran qoydu. Bu layihələr biz məktəblilərə ölkəmizi daha yaxından tanımağa, onu sevməyə imkan verir.

Əziz Prezidentimiz, bunun üçün Sizə dərin təşəkkürümüzü bildiririk. Arzu edirik ki, belə layihələr davamlı olsun.

Növbəti tur-aksiyanın gözəl Qarabağımıza olması diləyi ilə...

Hörmətlə,

Əzizova Aysel Rafael qızı,

Hüseynzadə Fidan Kamaləddin qızı.

Azərbaycan Respublikası, Salyan rayonu.