10 aprel 2019, 12:40

Yalçın Qocayevdən, Bakı, Azərbaycan

Çox hörmətli cənab Prezident.

Bugünkü Azərbaycan gəncliyi Sizi özünün himayədarı bilir. Təhsil, mədəniyyət, idman və digər sahələrdə gənclər qayğı ilə əhatə olunmuşlar. Bu yaxınlarda tələbələrin təqaüdlərinin əhəmiyyətli dərəcədə artırılması dediklərimi bir daha sübut edir. Gənclər də bu qayğıya öz əməli işləri ilə cavab verməyə çalışır, uğurlarını ildən-ilə artırırlar.

Cənab Prezident, biz gənclər Sizin daxili və xarici siyasətinizi dəstəkləyirik. Sizə cansağlığı, uzun ömür, bu şərəfli və çətin işinizdə uğurlar arzulayıram.

Hörmətlə,

Qocayev Yalçın Yusif oğlu

Azərbaycan Respublikası, Bakı şəhəri.