10 aprel 2019, 12:00

Aytəkin Verdiyevadan, Göygöl, Azərbaycan

Hörmətli cənab Prezident.

Ölkə əhalisinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı həyata keçirilən tədbirlər Sizin vətəndaşlara olan qayğıkeş münasibətinizin və insan amilinə verdiyiniz böyük önəmin təzahürüdür.

Mən Göygöl rayonunda yaşayıram. İkinci qrup əlil kimi sosial müavinət alıram. Bu ilin fevral ayında imzaladığınız Sərəncamla bir çox kateqoriyadan olan vətəndaşlarla bərabər, mənim də sosial müavinətimin məbləği artırılıb. Bu amil sözsüz ki, güzəranımızın yaxşılaşmasına öz müsbət təsirini göstərməkdədir.

Cənab Prezident, insanlara böyük qayğı göstərdiyinizə və sosial müavinətlərimizi artırdığınıza görə Sizə təşəkkür edirəm. Allah Sizi pənahında saxlasın.

Hörmətlə,

Verdiyeva Aytəkin Şöhrəddin qızı

Azərbaycan Respublikası, Göygöl rayonu.